Səudiyyə Ərəbistanının yeni neft planı - Hərəkətə keçdilər

18-03-2020, 17:37           
Səudiyyə Ərəbistanının yeni neft planı - Hərəkətə keçdilər
Səudiyyə Ərəbistanı bir neçə ay ərzində neft ixracatını gündəlik 10 milyon barelə çatdıracaq.

Publika.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Energetika naziri Əbdül Əziz bin Salman yayıb.

“Əl-Ərəbiə” telekanalının xəbər saytında yer alan informasiyaya görə, nazir ölkədəki 250 min barel civarındakı gündəlik istehlakı üçün “Fadhili” yatağından əldə edilən məhsuldan istifadə edəcəklərini bildirib. Bunun da böyük miqdarda ixraca imkan yaradacağını qeyd edib.

Əlavə edək ki, Səudiyyə Ərəbistanından neft ixracının həcmi 2018-ci ilin dekabr ayıbda gündəlik 7,69 milyon barel olub. 2019-cu ilin dekabr ayında isə bu rəqəm 7,373 milyon barel təşkil edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının liderliyindəki Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiyanın liderlik etdiyi OPEC+ ölkələrinin 6 martda Avstriyanın paytaxtı Vyanada təşkil etdikləri toplantıda neft istehsalının dayandırılması qərarının verilməməsi “qara qızıl”ın qiymətinin son 4 ilin ən aşağı səviyyəyə düşməsinə yol açmışdı. Adıçəkilən hər iki ölkənin ötən həftə qlobal neft bazarında paylarını artırmaq üçün aprel ayından etibarən istehsal miqdarını yüksəldəcəyini açıqlaması qiymətlərin aşağı səviyyədə qalmasına səbəb olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru