Avropada koronovirusdan ölənlərin sayı Asiyanı keçdi

19-03-2020, 00:02           
Avropada koronovirusdan ölənlərin sayı Asiyanı keçdi
Ümumilikdə Asiyada COVİD-19 virusundan indiyə kimi 3384 nəfər vəfat edib. Avropada isə bu rəqəm 3,4 mini keçib.

Avropa koronovirusdan ölüm hallarının sayına görə Asiyanı qabaqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu “BNO News”-in monitorinq məlumatları göstərir.

Ümumilikdə Asiyada COVİD-19 virusundan 3384 nəfər vəfat edib. Avropada isə bu rəqəm 3,4 mini keçib.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ COVID-19 virusunu pandemiya elan edib. Dünyanın 150-dən çox ölkəsində 205 mindən çox şəxs bu virusa tutulub. Onlardan 82 min nəfəri sağalıb, 8 mindən çox insan ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru