İndi isə insalar Çinə can atırlar!... – “Dünyanın ən təhlükəsiz yeridir”

19-03-2020, 00:01           
İndi isə insalar Çinə can atırlar!... –
Bir neçə həftə bundan əvvəl insanlar koronavirusdan xilas olmaq üçün Çindən qaçırdılarsa, indi vəziyyət tam əksinə dəyişib: hamı Çin Xalq Respublikasına (ÇXR) gedir, nədən ki, oranı dünyanın ən təhlükəsiz yeri hesab edirlər. Bu barədə Amerikanın «The Wall Street Journal» nəşri yazır.

“Apple” şirkəti yenidən özünün Çindəki mağazalarını açıb, Çinin Vuhandan olan futbol komandası koronavirusa görə İspaniyada yerləşmiş olduğu bazanı tərk edib, vətənə dönmək qərarına gəlib. Çinli milyarder Cek Ma bu yaxınlarda Amerika Birləmiş Ştatlarına (ABŞ) bir milyon qoruyucu maska və virusu testləşdirmək üçün istifadə olunan 500 min vasitə dəsti göndərəcəyini vəd edib.

Bundan başqa ÇXR milli səhiyyə komissiyası ötən bazar ertəsi elan edib ki, onun yeni prioriteti xaricdən ölkəyə gətirilən xəstəliklərin aradan qaldırılması olacaq.

Baxmayaraq ki, hələ də Çində həyat normaldan uzaqdır, yerli sakinlər hiss edirlər ki, situasiya nəzarət altına alınıb. Çoxları Çin vətəndaşlarının sərt hökumət tədbirlərinə riayət etməyə hazır olduqarını layiqincə qiymətləndirir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən şənbə günü Çində 27 yeni yoluxma halı qeydə alınıb. Elə həmin vaxt dünyanın qalan yerində bu rəqəm 10 955 təşkil edib. ÜST-ün Baş direktoru Tedros Adxanomun sözlərinə görə, indi pandemiyanın yeni episentri Avropadır.

ABŞ və Avropa İttifaqında (Aİ) mağazalar bağlandığı bir vaxtda Çin müəssisələri öz işini bərpa edirlər. Pekində və Şanxayda küçə trafiki hiss olunacaq qədər artıb: Hubey əyaləti və Vuhan əvvəlki kimi karantində qalır, ancaq ÇXR başçısı Si Tszinpinin bu yaxınlardakı səfəri onu göstərir ki, Çin başçıları tezliklə böhranın başa çatacağına şübhə etmirlər.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru