DÜNYA BÖHRANININ BAŞLADIĞI ELAN EDİLDİ - 90-cı illərin əvvəlindəkidən daha güclü ola bilər

19-03-2020, 00:43           
DÜNYA BÖHRANININ BAŞLADIĞI ELAN EDİLDİ -
İnvestisiya bankları Goldman Sachs və Morgan Stanley qlobal böhranın başladığını elan ediblər. Virtualaz.org bildirir ki, bu barədə “Bloomberq” məlumat yayıb.

Analitiklərin fikrincə, indi söhbət tənəzzülün dərinliyindən və onun nə qədər davam edə biləcəyindən gedir.

Morgan Stanley-in iqtisadçısı Çetan Ahya deyib ki, tənəzzülü 2020-ci ildə qlobal iqtisadiyyat üçün baza ssenarisi kimi görür. İlin nəticələrinə görə, onun artımı 0,9 faizdən çox olmayacaq. Goldman Sachs şirkətindən Jan Hatzius'a görə isə qlobal ümumi daxili məhsulun (ÜDM) artımı 1,25 faizə çatacaq.


S&P reytinq agentliyi artımın 1-1,5 faiz arasında olacağını proqnozlaşdırır. Agentliyin fikrini öyrəndiyi bütün ekspertlər, qlobal böhranın ÜDM-in 0.8 faizə enməsinə səbəb olduğu 2008-ci ildəki vəziyyətlə müqayisədə tənəzzülün daha az olacağını bildiriblər. Ancaq təsiri 2001-ci ildə partlayan “iqtisadi köpük” və 1990-cı illərin əvvəlindəki böhran dövründə olduğundan daha çox hiss olunacaq.

Nəşr həmçinin qeyd edir ki, analitiklərin çoxsaylı mənfi proqnozları müxtəlif ölkələrin maliyyə orqanlarını istehsalçılara və kiçik müəssisələrə daha çox dəstək tədbirləri göstərməyə təşviq etməlidir.

Müəlliflər qeyd edirlər ki, artan böhrana hələlik heç də bütün hökumətlər və mərkəzi banklar reaksiya vermirlər. Bu mənada baza payını, demək olar ki, sıfır səviyyəsinə qədər azaltmış ABŞ-ın Federal Ehtiyat Sistemi təcili ölçülər qəbul etmiş azsaylı tənzimçilərdən biri oldu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru