Koronavirusdan vətənlərinə piyada qaçdılar

19-03-2020, 09:53           
Koronavirusdan vətənlərinə piyada qaçdılar
Macarıstan-Ukrayna sərhədində piyada keçid qadağan olunsa da, diplomatlar hər iki ölkənin sərhədçiləri ilə yüzlərlə əmək miqrantının öz evlərinə qayıtması mexanizmini razılaşdıra biliblər.

Bu həftənin əvvəlində Ukrayna-Macarıstan sərhədinə piyada gəlmiş 400-dən çox ukraynalı vətənlərinə qayıda bilib. Sputnik Azərbaycan Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba deyib. sa da, diplomatlar hər iki ölkənin sərhədçiləri ilə yüzlərlə əmək miqrantının öz evlərinə qayıtması mexanizmini razılaşdıra biliblər.

“Ukrayna tərəfindən taksi və ya fərdi daşıyıcılar gəlir, macarıstanlı sərhədçiləri sərhəddə gözləyən ukraynalıları yığırlar, onlar avtomobillərə oturur, sərhədi keçib evlərinə qayıdırlar”, - Kuleba bildirib.

O, ukraynalıların sərhədə gəlməyə davam etdiyini vurğulayıb.

Ukraynada aprelin 3-dək karantin elan edilib. Təhsil müəssisələri bağlanıb, kütləvi tədbirlər qadağan edilib, aviauçuşlar dayandırılır. Ali Rada koronavirusun yayılmasına qarşı mübarizə aparmaq üçün qanun qəbul edib. Sənəddə başqalarını qəsdən yoluxdurmağa görə cinayət məsuliyyəti nəzərdə tutulur, karantin qaydalarına əməl edilməməsinə görə vətəndaşlara və dövlət qulluqçularına cərimələr tətbiq edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru