Çində koronavirusa qarşı preparatın kliniki tədqiqatları başa çatıb

19-03-2020, 10:28           
Çində koronavirusa qarşı preparatın kliniki tədqiqatları başa çatıb
Çin alimləri koronavirusa yoluxmuş pasiyentlərdə qızdırma ilə mübarizə aparan “Favilavir” antivirus preparatının kliniki tədqiqatlarını başa çatdırıblar.

APA-nın AMEA-nın saytına istinadən xəbərinə görə, bu preparat COVID-19-a yoluxmuş pasiyentlərdə qızdırma dövrünü əlavə təsirlərsiz 4 gündən 2 günə qədər qısaldır.

“Favilavir” Çinin “Zhejiang Hisun Pharmaceutical” şirkəti tərəfindən istehsal edilir. Preparat, həmçinin “Favipiravir” və ya “Avigan” adlanır. Yaponiyada bu adlar altında onu qriplə mübarizə üçün “Fujifilm Holdings” istehsal edir.

Hazırda bir çox şirkətlər koronavirusa yoluxmuş pasiyentlər üçün artıq mövcud olan dərmanların effektivliyini yoxlamağa başlayıb. Belə ki, əczaçılıq nəhəngləri olan “Sanofi” və “Regeneron” koronavirusu müşayiət edən iltihabi proseslə mübarizədə revmatoid artrit üçün istifadə olunan Kevzara preparatının kömək edib-etmədiyini aydınlaşdırmağa çalışır. Tədqiqatda təxminən koronavirusa yoluxmuş 400 ağır vəziyyətdə olan pasiyent iştirak edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru