Avropa Mərkəzi Bankı böhrana qarşı 750 milyard dollar ayırdı

19-03-2020, 11:37           
Avropa Mərkəzi Bankı böhrana qarşı 750 milyard dollar ayırdı
Avropa Mərkəzi Bankı bazarları sakitləşdirmək üçün dünən gecə yeni, indiyədək görünməmiş həcmdə istiqraz alışı barədə qərar qəbul edib. Həcmi 750 milyard avro olacaq alış proqramı çərçivəsində həm dövlət, həm korporativ kağızlar alınacaq.

Pandemic Emergency Purchase Programme adını alan proqramın məqsədi maliyyə bazarlarındakı həyəcanı aradan qaldırmaq, Cənubi Avropa ölkələrinin son günlər ciddi problemlər yaşayan dövlət borclarını tənzimləmək məqsədi daşıyır.

AMB həmçinin Yunanıstanın da borc öhdəliklərini alacaq. Əvvəlcə bu aktivləri əldə etmək Bankın proqramına daxil deyildi. Yunanıstanın dövlət borc kağızlarının gəlirliliyi dünən 4 faizə çatıb.

Avropa Bankının Direktorlar Şurası avrozonada maliyyə sabitliyini saxlamaq üçün bütün addımlara hazır olduğunu bəyan edib.
Proqram ilin sonunadək davam edəcəkvə ayda 120 milyard dollarlıq alış həyata keçiriləcək.

Fransa prezidenti Emmanuel Makron Twitter –də Avropa Mərkəzi Bankının qərarını dəstəkləyən statusla çıxış edib. Onun sözlərinə görə, büdcə vəsaitləri hesabına maliyyə bazarlarını tənzimləmək növbəsi Avropaya çatıb.

Qeyd edək ki, ABŞ hökuməti də koronavirusun iqtisadi təsirlərini yumşaltmaq, ev təsərrüfatlarının zərərini azaltmaq üçün Konqresdən 1 trilyon dollar istəyib. Bu vəsaitlərin bir qismi ev təsərrüfatlarına paylanacaq.

Dünya,
Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru