İtaliyada koronadan ölənləri sayı buna görə çoxdur

19-03-2020, 12:11           
İtaliyada koronadan ölənləri sayı buna görə çoxdur
İtaliyada koronavirusdan ölüm səviyyəsinin çox olması ölkədə yaşlı əhalinin çoxluq təşkil etməsiylə bağlı ola bilər.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında İtaliyanın Səhiyyə nazirinin müavini Pyerpaolo Sileri deyib.

“Koronavirusdan ölənlərin 42%-ni yaşı 80-dən yuxarı olanlar təşkil edir. Ümumilikdə isə əhalinin 7%-nin yaşı 80-dən yuxarıdır. Bu da İtaliyada əhalinin uzunömürlü olduğunu göstərir”, - deyə o bildirib.

Qeyd edək ki, Sileri özü də koronavirusa yoluxub. Onunla müsahibə elektron poçtla həyata keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru