İtaliya koronavirusdan ölənlərin sayına görə Çini geridə qoydu

20-03-2020, 00:20           
İtaliya koronavirusdan ölənlərin sayına görə Çini geridə qoydu
İtaliyada son sutka ərzində yeni növ koronavirus infeksiyasının səbəb olduğu xəstəlikdən 427 nəfər ölüb, ümumilikdə ölkə ərazisində indiyədək 3405 nəfər bu virusun qurbanına çevrilib.
"Yeni Sabah" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrellinin açıqlamasında qeyd olunub.

Yeni məlumatlar göstərir ki, İtaliyada koronavirusun yaratdığı xəstəlikdən ölənlərin sayı Çində indiyədək eyni səbəbdən qeydə alınmış ölüm hallarından çoxdur.

“Sağalanların sayı 4440 nəfərə çatıb, hazırda 33190 nəfər virusa yoluxub – 4480 nəfər dünənkindən çox”, - Borrelli belə deyib.

Ümumilikdə İtaliyada indiyəcən ölənlərlə birlikdə 41 mindən çox insan bu pandemiyaya yoluxub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru