Baş nazir əhaliyə “evdən çıxmayın” çağırışı etdi: “Gürcüstan Poçtu vətəndaşlara bütün lazımi xidmətləri göstərəcək”

20-03-2020, 01:31           
Baş nazir əhaliyə “evdən çıxmayın” çağırışı etdi:
Gürcüstanın baş naziri Giorgi Qaxaria ölkə əhalisini ciddi zərurət halları istisna olmaqla evdən çıxmamağa çağırıb.

Bu çağırışla o, xüsusi brifinqdə çıxış edib.

Hökumət başçısının sözlərinə görə, 70-dən yuxarı yaşı olan şəxslərin evdə qalması xüsusən vacibdir: “Gürcüstan Poçtu vətəndaşlara bütün lazımi xidmətləri göstərəcək”.

G.Qaxaria ölkə sakinlərinə cansağlığı arzulayıb və qeyd edib ki, qlobal çağırışa tərəfdaş və dost ölkələrlə birgə cavab veriləcək/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru