210 minə yaxınlaşdı... - UST-nin son məlumatı

20-03-2020, 11:36           
210 minə yaxınlaşdı... - UST-nin son məlumatı
Dünyada koronavirusa yoluxanların sayı 209 min nəfəri ötüb, virusa yoluxan 8,7 min nəfərdən çox insan həyatını itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Sutka ərzində dünyada 16 min 556 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb. Virusa yoluxanlardan yalnız 58 nəfəri Çində olub.

Beləliklə, hazırda dünyada 209 min 839 nəfər koronavirusa yoluxub.

Sutka ərzində koronavirusa yoluxan 828 nəfər ölüb və dünyada koronavirusdan həyatını itirənlərin sayı 8 min 778 nəfərə çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru