Putinin əmisi nəvəsi partiya yaratmağı planlaşdırır

20-03-2020, 11:56           
Putinin əmisi nəvəsi partiya yaratmağı planlaşdırır
Prezident Vladimir Putinin əmisi nəvəsi, iş adamı Roman Putin biznes nümayəndələrini bir araya gətirən Xalq Hərəkatı əsasında bir partiya yaratmağı planlaşdırdığını deyib.

KONKRET.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, yeni partiya “sağçı mühafizəkar” olacaq. Burada sahibkarları qorumaq, vergi yükünün azaldılması və kiçik müəssisələr üçün ucuz kreditlər əldə etmək, eləcə də inhisar və pərakəndə satış şəbəkələrinə qarşı mübarizə aparılacaq.

Putin qeyd edib ki, partiyanın əsas məqsədi Dövlət Dumasına qarşıdan gələn seçkilərdə iştirak etməkdir.

Roman Putin Rusiya prezidenti Vladimir Putinin əmisi oğlu İqor Putinin oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru