"Bütün pensiyaçılar öləcək" - Səhiyyə nazirindən açıqlama

20-03-2020, 13:29           
"Bütün pensiyaçılar öləcək" - Səhiyyə nazirindən açıqlama
Ukrayna Səhiyyə Nazirliyinin rəhbəri İlya Yemets Radanın müvafiq komitəsinin iclasında “bütün pensiyaçılar koronavirusdan öləcək” deməsi cəmiyyətdə böyük ajotaj yaradıb.

KONKRET.az xəbər verir ki, bu barədə Facebook-da “Qolos” partiyasından olan deputat Yaroslav Jeleznyak məlumat verib.

Nazir bildirib ki, “xəstəlik uşaqlara təsir etmir, amma bütün yaşlılar öləcək”. Bu açıqlamanı o, tibbi araşdırmaların məlumatları əsasında etdiyini açıqlayıb.

Daha sonra, eyni iclasda Yemets səhvinə görə üzr istəyib. Son məlumatlara görə, 130-dan çox ölkədə 140 mindən çox insan COVID-19 koronavirusuna yoluxub. Bir çoxu artıq sağalıb, amma beş mindən çox insan ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru