Avropada şok: metrolar bağlandı, ordu əmr gözləyir – 12 həftə ərzində…

20-03-2020, 13:34           
Avropada şok: metrolar bağlandı, ordu əmr gözləyir – 12 həftə ərzində…
Koronavirusun İtaliya və İspaniyada ürküdücü səviyyəyə çatması İngiltərəni də hərəkətə keçirib.

Teleqraf.com xəbər verir ki, İngiltərə hökumətinin qərarı ilə ölkə ərazilərindəki bütün metrostansiyaların fəaliyyəti dayandırılıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 20 min hərbi qüvvə fövqəladə vəziyyət üçün hazır vəziyyətə gətirilib.

İngiltərə Baş naziri Boris Conson yaxın həftələrdə koronavirusun öhdəsindən gələ biləcəklərini açıqlayıb:

“Qarşıdakı 12 həftə ərzində koronavirusla bağlı qorxunc vəziyyəti əksinə dəyişə, bu virusu İngiltərədən geri qaytara bilərik. Ancaq bu, planlaşdırdığımız addımları ata bilsək olacaq”.

İngiltərədə son 24 saat ərzində 40 nəfərin həyatını itirməsi ilə ölü sayı 144-ə çatıb. Yoluxma halı isə 643 nəfər artaraq 3269-a yüksəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru