Rusiyada koronavirus:Yoluxanların sayı 253-ə çatıb

21-03-2020, 00:25           
Rusiyada koronavirus:Yoluxanların sayı 253-ə çatıb
Rusiyada koronavirusa yoluxma hallarının sayı 253-ə çatıb. Ölkənin 9 bölgəsində 54 yeni yoluxma hadisəsi qeydə alınıb. 12 nəfər sağalaraq xəstəxanadan buraxılıb.

TASS xəbər verir ki, bu barədə Rusiyanın Koronavirusun qarşısının alınması və nəzarət üzrə Əməliyyat Qərargahı məlumat yayıb.

Bildirilib ki, sutka ərzində Moskvada 33 koronavirusa yoluxma təsdiqlənib Ümumilikdə isə paytaxtda 131 yoluxma aşkarlanıb. Bundan əlavə, qərargahdan verilən məlumata görə, Yakutiyada 6, Sankt-Peterburqda və Samara vilayətində 4, Kirov və Novosibirsk bölgələrində 2, Moskva, Ulyanovsk və Tümen bölgələrində 1 yeni yoluxma aşkarlanıb.

Yoluxanlar arasında Avropadan gələn iki azyaşlının olduğu bildirilir.

Qeyd edək ki, son gün ərzində 7 nəfər sağalaraq xəstəxanadan buraxılıb. (apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru