Putin bu uşaqlar üçün aylıq müavinət təyin etdi

21-03-2020, 00:02           
Putin bu uşaqlar üçün aylıq müavinət təyin etdi
Rusiya Prezidenti Vladimir Putin 3-7 yaşlı uşaqlar üçün aylıq müavinətlərin ödənilməsi bağlı sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə məlumat Rusiya hökumətinin saytında yer alıb. Müavinətlər yerli qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində növbəti ildən ödəniləcək.

Rusiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anton Kotyakın sözlərinə görə, bu müavinətlərin sənədləşdirilməsi proseduru kifayət qədər sadələşdirilərək vahid mərkəzdə birləşdiriləcək. Nazirin sözlərinə görə, müavinətlərlə bağlı yalnız elektron formada müraciət edilməlidir.

Qeyd edək ki, müavinətlər aşağı gəlirli ailələr üçün nəzərdə tutulub. Ailələr körpə üçün regional yaşayış minimumunun yarısını əldə edəcəklər.

Rusiyada yaşayış minumum orta rəqəmlə 5500 rubl təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru