Cənubi Koreyada koronavirusa yoluxanların sayı 8,8 min nəfərə çatdı

21-03-2020, 08:47           
Cənubi Koreyada koronavirusa yoluxanların sayı 8,8 min nəfərə çatdı
Cənubi Koreyada gün ərzində koronavirusa 147 yoluxma qeydə alınıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında xəstəliklərin profilaktikası və nəzarəti üzrə mərkəzi bildirib.

Qeyd edilir ki, gün ərzində ölkədə koronavirusa yoluxmuş 379 nəfər sağalıb, ölkədə COVİD-19 infeksiyasına yoluxanların ümumi sayı 8 799 nəfərə çatıb. Məlumata görə, respublikada artıq 102 nəfər pandemiyanın qurbanı olub.

Daha əvvəl virusdan 94 nəfərin öldüyü bildirilirdi. Cənubi Koreya epidemiologiya təhlükəsini ən yüksək səviyyəyə qaldırıb. Bütün məktəblərdə və məktəbəqədər müəssisələrdə tədrisin başlanğıcı artıq üçüncü dəfədir (bu dəfə 6 aprelə qədər) təxirə salınır. Tequ şəhəri və Kyonsan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonası adlandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru