ABŞ-dan SENSASİYA: Nüvə müharibəsi planı işə salındı

21-03-2020, 10:09           
ABŞ-dan SENSASİYA: Nüvə müharibəsi planı işə salındı
ABŞ tarixində ilk dəfə hökumətin yüksək rütbəli nümayəndələrinə bənzəri görülməmiş məhdudiyyətlər tətbiq ediləcək.

Publika.az xəbər verir ki, koronavirusa qarşı ciddi mübarizə tədbirlərinin olmadığını görən hakim dairələr fövqəladə tədbirləri işə salıb. Plana əsasən ölkənin idarəedilməsi “ikinci dərəcəli nümayəndələr”ə həvalə ediləcək. Ölkənin “birinci dərəcəli nümayəndələri” isə koronavirus təhlükəsinin olmadığı ərazilərə yerləşəcək. “Newsweek” portalının məlumatına görə, əslində bu planın nüvə müharibəsi zamanı tətbiq edilməsi nəzərdə tutulmuşdu. Lakin pandemiyaya qarşı ciddi qabaqlayıcı tədbirlərin olmaması ABŞ-ı bu planı həyata keçirməyə məcbur edib.

Bildirilir ki, “çox gizli” sayılan plan barədə Pentaqonun müvafiq dairələrinə göstərişlər verilib. Pentaqon rəhbəri və Milli Təhlükəsizlik məsələləri üzrə katib Mark Esper fövqəladə vəziyyətin idarəolunması ilə bağlı “NORTHCOM” a səlahiyyətlər verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru