Pentaqonu ziyarət edən 2 nəfərdə korona çıxdı

21-03-2020, 10:38           
Pentaqonu ziyarət edən 2 nəfərdə korona çıxdı
Pentaqon binasını ziyarət edən iki nəfərdə koronavirus aşkarlanıb.

Teref.az xəbər verir ki, bu barədə məlumatı Sputnikyayıb. Məlumata görə, bir neçə gün əvvəl Pentaqonu ziyarət edən 2 hərbçidə koronavirusa görə aparılan test nəticəsi pozitiv olub.

Bununla əlaqədar ABŞ Hərbi Qüvvələri açıqlamaya yayaraq, virusa yoluxan şəxslərdən birinin pilot, digərinin isə hərbi nümayəndə olduğunu bildirib.

Pilotun nazirliyə bazarertəsi gəldiyi və bir saatdan az vaxt ərzində binada olduğu qeyd edilib.

Virusa yoluxan digər hərbçinin isə martın 2-də nazirliyə gəldiyi deyilib. //Axar












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru