Koronavirusla bağlı Rusiyaya qarşı bəzi kampaniyalar aparıla bilər.
Bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.
"Koronavirusla bağlı rusiyalı turistlər digərlərindən daha çox fərqli problemlərlə qarşılaşa bilərlər. Onları vətənə buraxmırlar, mehmanxanalardan qovurlar, tibbi yardım göstərmirlər. Belə təəssürat yaranır ki, bizdən sadəcə qisas alırlar və bütün bunlar Rusiyaya qarşı ümumi kampaniyanın bir hissəsidir”, – deyə o bildirib.
Jirinovski rusiyalı turistlərlə pis davranan ölkələrə turların ləğvini tələb edib və ilk addımın Monteneqrodan başlanmasını istəyib./Axar.az/