Koronavirusun yeni simptomları... - Çinli mütəxəssislər xəbərdarlıq etdi

22-03-2020, 00:00           
Koronavirusun yeni simptomları... - Çinli mütəxəssislər xəbərdarlıq etdi
Dünyada koronavirus səbəbilə həyatını itirənlərin sayı 10 mini ötüb. Virusdan müalicə alanların sayı 86036 nəfərdir. Epidemiyaya yoluxanların sayının artması səbəbilə çinli alimlər yeni simptonlar barədə xəbərdarlıq ediblər.

Teleqraf.com xəbər verir ki, Çin mütəxəssisləri, həzm sisteminə təsir edən koronavirusun diareya, iştahsızlıq və ürək bulanması kimi yeni simptomları barədə xəbərdarlıq etdiblər.

Çindəki 3 xəstəxanada virusa yoluxan 204 insan üzərində aparılan araşdırmanın nəticələrinə görə xəstələrin 48,5 faizi tənəffüs yolundakı simptomlarla yanaşı, həzm problemlərindən şikayətlənirlər.

Yalnız ishaldan əziyyət çəkən bəzi xəstələrdə qızdırma və öskürək kimi əlamətlərə rast gəlinməyib.

Tədqiqatlar göstərir ki, yalnız nəfəs alma çətinliyi olan xəstələrin sağalma prosesi daha sürətli gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru