Tramp koronavirusa qarşı iki dərmanın adını çəkdi

22-03-2020, 13:34           
Tramp koronavirusa qarşı iki dərmanın adını çəkdi
ABŞ Prezidenti Donald Tramp koronavirusa qarşı istifadə oluna biləcək iki dərman preparatının adını çəkib.

KONKRET.az yerli KİV-ə istinadən bildirir ki, Ağ Ev rəhbəri rəsmi tvitter hesabında hidroksixloroxin və azitromisindən sınaq kimi istifadə etməyi məsləhət bilib.

Tramp yazıb ki, tibb tarixinin ən böyük oyununun gedişatını dəyişdirmək üçün real imkanlar var: “Birlikdə götürülmüş qidroksixloroxin və azitromisin tibb tarixində ən əhəmiyyətli dəyişikliklərdən biri olmaq üçün real şansa malikdirlər. FDA (Qida məhsullarının və dərmanların keyfiyyətinə sanitar nəzarəti üzrə İdarə – red.) böyük uğura imza atıb”.

ABŞ lideri ümid etdiyini bildirib ki, həmin dərmanlar tezliklə istifadəyə veriləcək: “İnsanlar ölürlər, cəld hərəkət etmək lazımdır. Tanrı hər kəsi qorusun”.

Qeyd edək ki, Qida məhsullarının və dərmanların keyfiyyətinə sanitar nəzarəti üzrə İdarə— Səhiyyə Nazirliyi və ABŞ-ın sosial xidmətləri agentliyi olaraq ölkənin federal icraçı departamentlərdən biridir.

Lakin bir sıra tibbi ekspertlər dərhal bu açıqlamanın əsassız olduğunu qeyd ediblər. Məsələn, Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun icraçı direktoru Entoni Fausi həmin dərmanların müsbət nəticə verib-verməyəcəyi barədə suala “yox” cavabını verib.

“Buna dair heç bir kliniki sınaq və sübut yoxdur”,- deyə Dr. Fausi qeyd edib.

Onu da xatırladaq ki, hidroksixloroxin malyariya xəstəliyinə qarşı istifadə olunan dərman kimi tanınır. Azitromisindən isə antibiotik kimi istifadə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru