Merkel ev karantininə göndərilir

23-03-2020, 00:00           
Merkel ev karantininə göndərilir
Almaniya Federativ Respublikasının kansleri Angela Merkel ev karantininə göndərilir.

Bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib.

Qeyd edilir ki, buna səbəb kanslerin bu günlərdə koronavirusa yoluxmuş həkimlə təmasda olmasıdır.

"Mətbuat qarşısında bugünkü çıxışdan sonra kanslerə məlumat verdilər ki, onu cümə günü profilaktiki peyvənd edən həkimin koronavirus testi müsbət nəticə verib”, - o deyib. "Kansler dərhal ev karantininə getməyə qərar verdi", - Zaybert əlavə edib.

Onun sözlərinə görə, kansler yaxın günlərdə virusla bağlı testlər verəcək. "Kansler həmçinin ev karantinində xidməti vəzifələrini yerinə yetirəcək", - Nazirlər Kabinetinin nümayəndəsi bildirib.

Rəsmi məlumatlara görə, AFR-də koronavirusa yoluxanların ümumi sayı 18,6 min nəfər təşkil edir. Ölkədə 55 nəfər COVID-19 infeksiyasından ölüb.//Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru