SON DƏQİQƏ: Tramp göstəriş verdi - Nyu-Yorka ordu yeridildi (VİDEO)

23-03-2020, 00:01           
SON DƏQİQƏ: Tramp göstəriş verdi -
ABŞ ordusu koronavirusla mübarizə məqsədiylə Nyu-York ştatına yeridilib.

Publika.az xəbər verir ki, Milli Qvardiya qoşunlarının vəzifəsi otellərin, yataqxanaların və idman mərkəzlərinin reanimasiya şöbələrinə o cümlədən oxşar tibb müəssisələrinə çevrilməsini təmin etməkdir. Hakim dairələr Nyu-Yorkda 10 min civarında reanimasiya şöbəsi yaratmaq niyyətindədir. Bildirilir ki, hakim dairələr prezident Donald Trampın göstərişi ilə belə addım atıb.

Qeyd edək ki, ABŞ-da koronavirusdan ölənlərin sayı 340 nəfərə, virusa yoluxanların sayı isə 27 minə çatıb. Ən çox yoluxma halı Nyu-York ştatında qeydə alınıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru