Çindən koronavirusa qarşı mübarizədə Rusiyaya dəstək - 25,5 milyon...

23-03-2020, 12:22           
Çindən koronavirusa qarşı mübarizədə Rusiyaya dəstək -
Rusiya Hərbi-Kosmik Qüvvələrinin təyyarələri Çindən öz ölkələrinə 25,5 milyon ədəd qoruyucu maska çatdırıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya Hərbi-Kosmik Qüvvələrinin AN-124 təyyarəsi Çin Xalq Respublikasından Çkalov aerodromuna 25,5 milyon ədəd fərdi qoruyucu maska çatdırıblar”, – deyə məlumatda qeyd olunur.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında telefon danışığı baş tutmuş, liderlər yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı vəziyyəti müzakirə etmişdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru