Dünya ölkələrindən RADİKAL QƏRARLAR: Türkiyə, Rusiya və Hindistan...

23-03-2020, 15:41           
Dünya ölkələrindən RADİKAL QƏRARLAR: Türkiyə, Rusiya və Hindistan...
Hindistanda yeni növ koronavirus (COVİD-19) pandemiyası səbəbilə artan ölüm və yoluxma halları hökuməti ay sonuna qədər küçəyə çıxma qadağasını reallaşdırmağa sövq edib.

Publika.az xəbər verir ki, baş nazir Nerandra Modinin Kabineti yerli vaxtla saat 07:00-21:00 arasında küçəyə çıxma qadağasının 31 marta qədər davam etdiriləcəyini açıqlayıb.

Bundan əlavə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) koronavirus tədbirləri çərçivəsində bütün təyyarə səfərlərinin 2 həftə müddətində dayandırılacağını bildirib.

Rusiyada isə COVİD-19-a yoluxma faktı 438-ə çatıb. Buna görə də 65 yaşdan yuxarı şəxslərin küçəyə çıxması qadağan edilib. Eyni qadağa Türkiyədə də qüvvəyə minib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru