Reyting.az xarici KİV-ə istinadla bildirir ki, bu haqda Nyu-York polisinin şefi Dermot Şi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, virusa yoluxan 98 polisdən 95-i evdə müalicə olunur.
Hazırda polis öz vəzifəsini yerinə yetirməkdən əlavə virusun yayılmasının qarşısını almaq üçün küçələrdə insanların çox sayda toplaşmamasına da nəzarət edir.
Nyu-Yorkda ümumilikdə koronavirusa 9045 yoluxma qeydə alınıb, 63 nəfər vəfat edib. Şəhər meri Bill de Blazionun dediyinə görə, Nyu-Yorkda koronavirusa yoluxma ABŞ-da qeydə alınan halların təxminən üçdə biri qədərdir.
ABŞ koronavirusa yoluxma üzrə dünyada üçüncü (33 mindən çox insan) sıradadır. Bu ölkə Çin (81 min) və İtaliyadan (59 mindən çox) geri qalır.