Putin koronaviruslu xəstələrə belə baş çəkdi - Foto

25-03-2020, 00:00           
Putin koronaviruslu xəstələrə belə baş çəkdi - Foto
Rusiya Prezidenti Vladimir Putin Moskvada koronavirusa yoluxmuş və ya infeksiyaya yoluxduğundan şübhəli bilinən insanların müalicə aldığı Kommunarka xəstəxanasına gedib.

KONKRET.az-ın “RİA Novosti”yə istinadən xəbərinə görə, Putin xəstəxana işçiləri və baş həkim Denis Protsenko ilə söhbət edib, eyni zamanda qoruyucu kostyum və respiratordan istifadə edərək yoluxucu xəstəliklər şöbəsinə baş çəkib.

Dövlət başçısı xəstələrlə görüşərək onların səhhəti, müəssisənin şəraitindən razı olub-olmadıqları ilə maraqlanıb.

Qeyd edək ki, son məlumatlara görə, Rusiyada 495 koronavirusa yoluxma faktı qeydə alınıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru