Fransada koronavirus qurbanlarının sayı min nəfəri ötüb

25-03-2020, 08:01           
Fransada koronavirus qurbanlarının sayı min nəfəri ötüb
Fransada yeni koronavirusun yaratdığı xəstəlikdən ölənlərin sayı min nəfəri keçib.

Trend-in məlumatına görə, bu barədə ölkənin səhiyyə departamentinin baş direktoru Jerom Salomon açıqlama verib.

J.Salomon qeyd edib ki, xəstəxanalardan alınan məlumatlara görə, koronavirusun yaratdığı bir xəstəlikdən ölənlərin sayı 1,1 min nəfər təşkil edir, yəni sutka ərzində 240 artıb:

"Sutka ərzində yoluxanların sayı 2,5 min nəfərə yaxın artaraq 22.3 min nəfər təşkil edir".

Ekspert qeyd edib ki, hazırda 10176 xəstə xəstəxanaya yerləşdirilib. Eyni zamanda 2516 nəfər reanimasiyadadır, onların sayı sutka ərzində 434 nəfər artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru