ABŞ əhaliyə 6 trilyon ABŞ dolları həcmində yardım edəcək

25-03-2020, 08:03           
ABŞ əhaliyə 6 trilyon ABŞ dolları həcmində yardım edəcək
ABŞ-da koronavirus pandemiyası ilə əlaqədar maliyyə yardımının ümumi məbləği təqribən 6 trilyon ABŞ dolları təşkil edəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın iqtisadi məsələlər üzrə müşaviri Larri Kudlou deyib.

“Yardım paketinin ümumi həcmi altı trilyon ABŞ dollarıdır: iki trilyon ABŞ dolları- birbaşa yardım, təxminən dörd trilyon ABŞ dolları - federal ehtiyatdan verilən kreditlərdir (ABŞ Federal Ehtiyatlar Sistemi - red.).

Bu, ABŞ tarixində amerikalılara - işsizlərə, ailələrə, fərdi sahibkarlara nağd və kredit şəklində veriləcək ən böyük maliyyə yardımı paketi olacaq. Çətin bir dövr olacaq, ancaq bu həftələr olacaq. İllərlə olmamalıdır”-deyə, o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru