Restoran sahibi Moskva aeroportunda qalan müsəlman müqrantlara pulsuz yemək payladı- FOTOLAR
25-03-2020, 08:35
Rusiya paytaxtında məşhur restoran sahiblərindən biri karantin tədbirləri nəticəsində maddi itkilərə uğramasına baxmayaraq çətinlikdə olan insanlara əl uzatmaq qərarına gəlib. Moderator.az-ın rusdilli İslam saytlarına istinadla verdiyi xəbərdə deyilir ki, "Papa’s Burger” и “Bar Mitzva” müəssisələrinin sahibi Aleksey Xodorkovski koronavirus səbəbindən Moskvanın Vnukovo hava limanında günlərlə qalmağa məcbur olan yüzlərlə müsəlman mühaciri isti xörəklə təmin etməyə başlayıb. “Pulumuz qalmasa da, heç olmasa, bu insanlara xörək verməklə dəstək olaq” -deyə restoran sahibi digər həmkarlarına da çağırış edib.
A.Xodorkovski əsasən özbək və tacik ailələrindən ibarət olan miqrantları vətənlərinə uçmaq imkanı əldə edənədək yeməklə təmin etməkdə qərarlıdır.