Ukraynada fövqəladə rejim tətbiq edildi

26-03-2020, 00:04           
Ukraynada fövqəladə rejim tətbiq edildi
Ukrayna hökuməti bütün ölkə ərazisində 30 gün müddətinə, aprelin 24-dək fövqəladə vəziyyət rejimini tətbiq edib.

“İnterfaks” xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal çərşənbə günü Nazirlər Kabinetinin iclasında bildirib.

Onun sözlərinə görə, qərarda zəruri hallarda bu tədbirlərin müddətinin artırılması da nəzərdə tutulub.

Qeyd edək ki, Ukraynada 113 nəfər COVID-19-a yoluxub, 4 nəfər virusdan ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru