Dünyada koronavirusa yoluxanların sayı 414 mini keçib

26-03-2020, 03:22           
Dünyada koronavirusa yoluxanların sayı 414 mini keçib
Bu günə qədər dünyada ümumilikdə 414 179 insan koronavirusa yoluxub, 18 440 nəfər isə bu virusun qurbanına çevrilib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik bülletenində bildirilib.

Statistikaya görə, yoluxanların sayı gün ərzində 40 mindən çox, ölənlərin sayı isə 2202 nəfər artıb. Yoluxma hallarının və ölənlərin çoxu Avropa bölgəsində qeydə alınıb – 220 516 yoluxma və 11 986 ölüm. Gün ərzində bu bölgədə virusa yoluxanların sayı 20 007, ölüm halları isə 1797 nəfər artıb.

İkinci yerdə Çin, Koreya Respublikası və Yaponiyanı əhatə edən Qərbi Sakit okean bölgəsi yer alır. Martın 25-nə olan məlumata görə, burada 97 766 yoluxma və 3518 ölüm faktı qeydə alınıb. Üçüncü yeri Cənubi və Şimali Amerika tutur, burada cəmi 60 834 nəfər koronavirusa yoluxub, 813 nəfər isə virusun qurbanı olub. Həmçinin daha iki ölkədə koronavirus aşkar edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru