İspaniyanın baş nazirinin müavini koronavirusa yoluxub 26-03-2020, 01:28 İspaniya hökumətinin sədrinin birinci müavini Karmen Kalvo yeni növ koronavirusa (COVİD-19) yoluxub.Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İspaniyanın Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər.Məlumatda deyilir: "Baş nazirin müavini Karmen Kalvonun koronavirus testi müsbət nəticə verib".Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyi İspaniyanın iki nazirində və baş nazirin həyat yoldaşında da aşkarlanıb. Facebook-da paylaş