Merkelin ikinci koronavirus testi də mənfi nəticə verib 26-03-2020, 08:41 Almaniya kansleri Angela Merkel ikinci dəfə koronavirus testindən keçib və nəticələr yenə də mənfi çıxıb.APA xəbər verir ki, bu barədə yerli “N-TV” telekanalı AFR hökumətinin nümayəndəsinə istinadən məlumat berib.“Kansler əvvəlki kimi ev karantini şəraitində işləyir və növbəti həftənin əvvəlində daha bir test verəcək”, - deyə məlumatda qeyd olunub.Merkel birinci testini bazar ertəsi günü vermişdi, onun cavabı elə həmin gün məlum olmuşdu. Facebook-da paylaş