Avropanı gözləyən əsas təhlükə - Xəbərdarlıq

26-03-2020, 10:39           
Avropanı gözləyən əsas təhlükə - Xəbərdarlıq
Əgər Avropa ölkələri tibb mərkəzlərinin sayını artırmasa və koronavirusun qarşısını almasa, aprelin ortalarında xəstəxana çatışmazlığı yaşayacaqlar.

Axar.az xəbər verir ki, bu barədə Avropa Xəstəlikləri Qabaqlama və Nəzarət Mərkəzi (ECDC) məlumat yayıb.

“Bu virus Avropada sürətlə yayılır. Əgər bu templə davam etsə, növbəti həftə Avropa ölkələrinin tibb sistemi ciddi böhran yaşayacaq”, - məlumatda bildirilib.

Mərkəz sözügedən ölkələrdə 200 mindən çox insanın bu virusa yoluxduğunu vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru