Çində koronavirusa yoluxanların sayı 81,3 min nəfərə çatdı

27-03-2020, 08:04           
Çində koronavirusa yoluxanların sayı 81,3 min nəfərə çatdı
Son gün ərzində Çində koronavirus qurbanlarının sayı daha beş nəfər artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Qeyd edilir ki, ölkədə koronavirusa xaricdən yoluxmuş insanların sayı daha 54 nəfər, ümumilikdə isə 595 nəfərə qədər artıb.

Komitənin məlumatına görə, Çində koronavirusun epidemiyanın başlanğıcından koronavirusa yoluxanların 91,6 faizi, son gün ərzində isə 537 nəfər sağalıb.

Ölkədə virusa yoluxanların ümumi sayı 81,3 min nəfərdən çoxdur, 3 292 insan pandemiyanın qurbanı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru