İtaliya mediası: Çin uzun müddətdir "Supervirus" üzərində çalışırdı

27-03-2020, 16:57           
İtaliya mediası:
İtaliyada COVİD-19-un Çinin Uhan şəhərində yerləşən laboratoriyada hazırlandığı iddia edilib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, İtaliyada dərc edilən "La Repubblica" qəzetində yer alan xəbərə görə, yeni növ koronavirusun çinlilər tərəfindən laboratoriyada təcrübələr aparılarkən ehtiyatsızlıq səbəbilə yayıldığı iddia edilib. Xəbərdə bildirilir ki, İtaliyan televiziyalarından birində təhlükəli viruslar barədə 2015-ci ildə çəkilən sənədli film göstərilib. Həmin sənədli filmdə Çinin Uhan şəhəri və Şimali Karolina Universitetlərinin birgə çalışdığı laboratoriyada siçan və yarasalardan alınan "supervirus" üzərində araşdırmalar aparıldığı bildirilir. Çinli alimlər həmin virusu süni yollarla fərqli hala salaraq gələcəkdə insanlara arasında yayılması ehtimal edilən SARS bənzəri viruslara qarşı istifadə ediləcəyini söyləyiblər. 2015-ci ildə hazırlanan sənədli filmdə həmçinin bildirilir ki, həmin yarasa və siçanlardan əldə edilmiş virus ağciyərləri ağır şəkildə zədələyir. Bu cür işlərin isə müəyyən hesablamalar aparılmadan görülməsinin insanlar üçün olduqca təhlükəli olduğu deyilib. Çünki, Uhan şəhərində yerləşən virusların incələndiyi laboratoriyadan daha əvvəl 4 dəfə təhlükəli virusun sızdığını və tez qarşısının alındığı xəbərləri də yayılıb. Bu xəbər yeni növ koronavirusun təcrübələr aparılarkən dünyaya yayılmağa başladığı iddialarını gücləndirib.
Ruslan Yusibov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru