Uhan şəhər metrosu iki aylıq fasilədən sonra fəaliyyətini bərpa edib

28-03-2020, 08:00           
Uhan şəhər metrosu iki aylıq fasilədən sonra fəaliyyətini bərpa edib
Çinin Hubey əyalətinin mərkəzi olan Uhan şəhərinin metropoliten xidməti koronavirus epidemiyasının yayılması nəticəsində elan olunmuş iki aylıq fasilədən sonra öz fəaliyyətini bərpa edib.

APA xəbər verir ki, bu barədə yerli “Jenmin Jibao” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, hazırda 184 stansiya öz fəaliyyətini bərpa edib ki, burada da sərnişinlərin bədən hərarətinin müəyyən edilməsi üçün 200 ədəd istilikgöstərici qurğular yerləşdirilib. İnsanların vaqonlarda sayına nəzarət etmək üçün oturacaqlara üzərində “arada bir yer buraxın” yazılmış sarı rəngli xüsusi lentlər yapışıdırılıb. Bununla da altı nəfərlik oturacaqlarda üç nəfər oturmalı olacaq.

Bildirilir ki, bütün qatarlarda nəzarətçi olacaq və o, yeni qaydalara nə dərəcədə əməl olunduğuna, eləcə də sərnişinlərin qoruyucu maskaları taxmalarına nəzarət edəcək.

Qeyd edək ki, epidemiya vəziyyətinin yaxşılaşması fonunda Çin rəsmiləri Hubey əyalətində karantin rejimini ləğv edib və insanların hərəkətinə, bölgəyə gediş-gəlişə qoyulan qadağalar da götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru