İtaliyada koronavirusa yoluxanların təqribən 10%-i tibb işçiləridir

28-03-2020, 08:17           
İtaliyada koronavirusa yoluxanların təqribən 10%-i tibb işçiləridir
İtaliyada koronavirusa yoluxan tibb işçilərinin sayı təxminən 6,5 minə çatıb.

APA “TASS”-a istinadən xəbər verir ki, Ali Səhiyyə İnstitutunun məlumatına görə, bu, ölkədə ümumilikdə virusa yoluxanların 9%-ini təşkil edir.

Həkimlər və tibbi heyət arasında ölüm halları da artaraq 51 nəfərə çatıb. Epidemiyanın ilk günlərində əksər həkimlər xəstəxanalarda qoruyucu vasitələr olmadan çalışıblar.

Ölənlərin arasında sahə terapevtləri də var, onların əksəriyyəti təqaüdə çıxanlar olub, ancaq yenə də öz həmkarlarına köməklik göstəriblər.

Ali Səhiyyə İnstitutunun məlumatına görə, virusa yoluxan tibb işçilərinin orta yaş həddi 49-dur və onların 35%-i kişilərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru