Meksika neftinin qiyməti 13 dollara düşüb

28-03-2020, 14:20           
Meksika neftinin qiyməti 13 dollara düşüb
Meksikanın ixrac etdiyi neftin 1 barelinin orta qiyməti 13,01 ABŞ dollarına düşüb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin milli neft və neft-kimya şirkəti "Pemex" məlumat yayıb.

Bildirilib ki, kəskin ucuzlaşma koronavirus (COVID-19) infeksiyasının yayılması nəticəsində dünya neft bazarında yaranmış vəziyyət fonunda baş verib. Meksika nefti sonuncu dəfə belə aşağı qiymətə 2000-ci illərdə satılıb.

Xatırladaq ki, dünya bazarında neftin qiymətinin azalması bu il martın 6-da OPEC+ formatında razılığın əldə olunmamasından sonra başlayıb. Rusiya 2020-ci ilin II rübündən gündəlik neft hasilatının həcminin daha 1,5 milyon barel azaldılmasına dair təklifi dəstəkləməyib. Bundan sonra əmtəə birjalarında neft təxminən 30% ucuzlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru