Nyu-Yorkda hər 17 dəqiqədə koronavirusdan 1 nəfər ölür - VİDEO
29-03-2020, 00:00
Son iki gündür Nyu-Yorkda hər 17 dəqiqədə koronavirusdan bir sakin vəfat edir. “Report” xəbər verir ki, bu göstəricini “New York Post” hesablayıb.
Məlumata görə, Nyu-Yorkda koronavirus qurbanlarının ümumi sayı 450nəfər təşkil edir.
Cons Hopkins Universitetinin hesablamalarına görə, ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 105 min nəfərə çatıb, 1 711pasiyent ölüb. Nyu-York koronavirus qurbanlarının sayına görə Amerika şəhərləri arasında liderdir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada yeni virusa yoluxanların sayı 510 min nəfəri ötüb, 23 min xəstə ölüb.