Almaniyada nazirin meyiti aşkarlandı - FOTO

29-03-2020, 08:44           
Almaniyada nazirin meyiti aşkarlandı - FOTO
Alman siyasətçisi, Hessen federal ərazisinin maliyyə naziri Tomas Şefer ölmüş vəziyyətdə aşkarlanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Die Welt” qəzeti məlumat yayıb.

Məlumata görə, nazirin meyiti Hokkaym-am-Mayn şəhərində, dəmir yolunda tapılıb.

İstintaq nazirin intihar etməsi qənaətinə gəlib. Şefer Hessenin baş naziri Folker Bufenin mümkün varislərindən biri hesab edilirdi. O, 2010-cu ilin avqustundan regionun maliyyə naziri vəzifəsini tuturdu. Tomas Şefer Xristian-demokrat ittifaqının üzvü idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru