Rusiyada koronavirusun yayılması bir ay sonra pik həddə çata bilər.
Axar.az xəbər verir ki, bunu NSN-ə müsahibəsində rusiyalı virusoloq Anatoli Alşteyn deyib. Onun sözlərinə görə, ölkə ərazisində pandemiya yavaş-yavaş irəliləyir:
“Rusiyada koronavirusun yayılma templərinin qarşısını müəyyən qədər məhdudlaşdırıcı tədbirlər ala bilər. Bununla belə koronavirusun yayılmasını dayandırmaq mümkün olmayacaq”.