Hindistan Səudiyyə Ərəbistanından qaz idxalına başlaya bilər –Açıqlama

30-03-2020, 00:00           
Hindistan Səudiyyə Ərəbistanından qaz idxalına başlaya bilər –Açıqlama
Səudiyyə Ərəbistanı Hindistana LPG ixrac edəcək.

Bu barədə Hindistanın neft və təbii qaz naziri Dharmendra Pradhan Səudiyyə Ərəbistanının enerji naziri Əbdüləziz bin Salmanla dünya neft bazarlarındakı vəziyyətə dair danışıqlarından sonra bildirib.

“Şahzadə Əbdüləzizlə və “Saudi Aramco” rəhbəri Əmin Nasirlə video-konfransımız oldu. Dünya neft bazarlarındakı gedişatla və Səudiyyə Ərəbistanından Hindistana fasiləsiz LPG tədarükü ilə bağlı müzakirə apardıq. Əlahəzrət şahzadə Əbdüləziz bizim yerli ehtiyacımızı ödəmək üçün qarşıdakı günlərdə LPG tədarük edəcəklərinə arxayın etdi”, – deyə hindistanlı nazir “Twitter”dəki hesabından bildirib.

Son vaxtlar Hindistanda qaza tələbatın artdığı bildirilir. Dünyada xam neftin üçüncü, LPG-nin isə dördüncü idxalatçısı olan Hindistan şirkətləri koronavirus üzündən sərhədlərin bağlanması nəticəsində LPG tədarükü ilə bağlı fors-major elan etməyə başlayıblar. /Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru