ABŞ-a köçən Harri ailəsinin təhlükəsizlik xərclərini özü ödəyəcək

30-03-2020, 00:24           
ABŞ-a köçən Harri ailəsinin təhlükəsizlik xərclərini özü ödəyəcək
ABŞ Kanadadan Los-Ancelesə köçən Böyük Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Marklın təhlükəsizlik xərclərini ödəməyəcək. “Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.

“Mən Kraliçanın (Böyük Britaniya kraliçası II Elizabet – Red) və Böyük Britaniyanın böyük dostu və pərəstişkarıyam. Krallığını tərk edən Harri və Meqanın Kanadada daimi yaşadıqları bildirilirdi. İndi Kanadanı tərk edib ABŞ-a gəliblər, amma ABŞ onların təhlükəsizliyini təmin etmək üçün ödəniş etməyəcək” - deyə Tramp yazıb.

Bundan əvvəl Böyük Britaniyanın “The Sun” qəzeti Harri və həyat yoldaşı Meqan Marklın Kanadadan Los-Ancelesə getdiklərini və orada daimi məskunlaşmağı planlaşdırdıqlarını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru