Son sutkada Çinə gələn daha 30 nəfərdə koronavirus aşkarlanıb

30-03-2020, 07:32           
Son sutkada Çinə gələn daha 30 nəfərdə koronavirus aşkarlanıb
Son bir gündə Çində koronavirus qurbanlarının sayı dörd nəfər artıb, xaricdən gələnlərin isə daha 30 nəfərində (ümumilikdə 723) koronavirus aşkar olunub.

APA xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi açıqlama yayıb.

Məlumata görə, Çində koronavirusun yayılması başlayandan bəri yoluxanların 93%-i, o cümlədən son 24 saat ərzində daha 322 nəfər sağalıb. Ölkədə virusun yayılmasının iki ayı ərzində yoluxmuş insanların sayı 81,4 mindən çox, xəstəlikdən rəsmi ölüm səviyyəsi – 4%-dir (3,3 mindən çox insan ölüb).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru