Gürcüstanda insident: sabiq erməni deputat saxlanıldı

30-03-2020, 09:46           
Gürcüstanda insident: sabiq erməni deputat saxlanıldı
Gürcüstan parlamentinin erməni əsilli keçmiş deputatı Samvel Petrosyan polis tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Mtavari” televiziyası yayıb.

Petrosyanın saxlanmasına səbəb onun Gürcü Arzusunun erməni əsilli deputatı Enzel Mkoyanla davası olub.

Televiziya dava zamanı Mkoyanın odlu silahdan istifadə etdiyini bildirib. Belə ki, onun Petrosyanın barı istiqamətində 5 dəfə silahdan atəş açdığı, amma bunun qarşılığında polisin Petrosyanı saxladığı vurğulanıb.

Qeyd edək ki, sözügedən insident martın 27-də Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsində baş vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru