Hər bir ailəyə 100 dollar veriləcək - Qətərdən yardım

31-03-2020, 06:56           
Hər bir ailəyə 100 dollar veriləcək - Qətərdən yardım
Qətər hökuməti Qəzzada yoxsulluq içində yaşayan 100 min ailəyə nəğd şəkildə pul yardımı göndərib.

Axar.az xəbər verir ki, Qətərin Qəzzanin Yenidən İnşası Komitəsinin rəhbəri Məhəmməd İmadi hər bir ailəyə 100 dolların çatacağını bildirib.

Məlumata görə, ailələr poçt şöbələrindən həmin pulları əldə edə biləcəklər.

Qeyd edək ki, sözügedən maliyyə yardımı Qətərin Qəzzaya aylıq olaraq göndərdiyi 30 milyon dollarlıq yardımın tərkib hissəsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru