"Saudi Aramko" səhmlərini satışa çıxarır - Səbəb

31-03-2020, 09:15           
"Saudi Aramko" səhmlərini satışa çıxarır - Səbəb
Neftin qiymətinin enməsindən dolayı “Saudi Aramko” şirkəti kapitalın artırılması üçün səhmlərini satmaq imkanlarını dəyərləndirir.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Bildirilib ki, şirkət mümkün müqavilə ilə bağlı artıq potensial tərəflərlə danışıqlar aparıb, lakin hələ ki, proses ilkin mərhələdədir. Şirkətin fikrindən daşınacağı, yəni danışıqlardan imtina edəcəyi də istisna edilmir.

Səhm satışından əldə olunan gəlirin 10 milyard dollar olacağı təxmin edilir.

Qeyd edək ki, Rusiya və Səudiyyə Ərəbistanı mart ayından sonra neftin hasilatının azaldılması ilə bağlı razılığa gələ bilmədiyindən qara qızılın qiymətində kəskin enmə müşahidə edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru